05.05.2016

Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” 28 avqust 2015- ci il tarixli 912 nömrəli əmrinin 5-ci bəndinə əsasən İmişli rayonu üzrə VII-VIII sinif şagirdləri arasında fənn müsabiqələri keçirilib.

Fənn müsabiqələrinin final mərhələsinin may ayında keçirilməsi planlaşdırılır. Ümumrespublika fənn müsabiqəsində rayon komandasının uğurla çıxış etməsi üçün həmin namizəd şagirdlərlə hazırlıq işləri aparılır.

30 aprel 2016-cı il tarixdə rayon üzrə yüksək nəticə göstərmiş şagirdlərlə hazırlıq məşqələləri təşkil olunub.  


Açar sözlər: