06.05.2016

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol yarışı keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 2002-2003-cü il təvəllüdlü şagirdlərin iştirakı ilə idmanın futbol növü üzrə İmişli rayon birinciliyi keçirilib.

Yarışa 15 aprel 2016-cı il tarixdə start verilmişdir. Rayon mərhələsi 8 komanda arasında keçirilmişdir. Finalda şəhər 7 saylı və şəhər 8 saylı tam orta məktəbin komandaları qarşılaşıblar.

5 may 2016-cı il tarixdə H. Əliyev adına İmişli şəhər stadionunda maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə şəhər 7 saylı tam orta məktəbin komandası qalib gəlmişdir. Final mərhələsinin iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.


Açar sözlər: