05.09.2016

Fənn kurikulumlarının təlimlərinə başlanılıb

“Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 avqust 2016-cı il, 578 nömrəli əmrinə əsasən İmişli rayon ümumtəhsil məktəblərində 2016-2017-ci dərs ilində I-IX siniflərə dərs deyəcək və fənn kurikulum təlimlərindən keçməmiş müəllimlərin təlim kurslarına başlanılıb.

Təlim kursları rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir.