09.09.2016

İmişli rayon təhsil işçilərinin bölmə iclasları keçirilib

Sentyabr konfransının davamı olaraq İmişli şəhər 5 saylı məktəb-liseydə rayon təhsil işçilərinin bölmə iclasları keçirilib.

Bölmə iclasları məktəb direktorları, məktəb direktorlarının müavinləri, kitabxanaçılar, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri və fənlər üzrə metodbirləşmə rəhbərləri olmaqla müxtəlif kateqoriyada təşkil olunub.

Bölmə iclasında cari dərs ilində qarşıya qoyulmuş vəzifələr, innovativ qabaqcıl iş təcrübələri, təhsil sahəsində yeniliklər müzakirə olunub.