17.11.2016

«Ölkəmizi tanıyaq» tur-aksiyası

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərimiz Qəbələ, Şəki və Zaqatala rayonlarına 4 günlük səfərə yola düşüblər.

«Ölkəmizi tanıyaq» tur-aksiyasında iştirak etmək üçün rayon məktəblərindən təhsili və nümunəviliyi ilə fərqlənən 40 nəfər şagird seçilmişdir.

Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri səfər boyu müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunmuş, qrup müasir nəqliyyat vasitəsi ilə təmin edilmişdir.

Yola salınma mərasimində İmişli rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak edirdilər. Mərasimdə İcra Hakimiyyətinin başçısının müvaini, İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışdı. Təranə Cabbarova tur-aksiyanın ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin şagirdlər tərəfindən dərindən öyrənilməsinə xidmət edəcəyini, onlarda xoş təəssüratlar yaradacağını vurğulayaraq layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzuladı.

Məktəblilər əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər və park-kompleksdən yola düşdülər.