20.11.2016

«Ölkəmizi tanıyaq» tur-aksiyası uğurla başa çatıb

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərimizin Qəbələ, Şəki və Zaqatala rayonlarına 4 günlük səfəri başa çatıb.

Layihə çərçivəsində şagirdlərimz olduqları rayonların tarixi memarlıq abidələri ilə tanış olmuş, rayonların görməli yerlərini gəzmişlər.

Tur zamanı şagirdlərimiz həmçinin Qəblə şəhərində Azərbaycan İntellektual Kulublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” bilik yarışmasında iştirak ediblər.

Yarışda 11 rayondan 66 komanda iştirak etmişdir. İmişli məktəblilərindən ibarət təşkil olunmuş komandamız bu yarışmanın qalibi olmuş və yarışın kubokunu qazanıb.

Səfərini başa vuran şagirdlərimiz rayon Olimpiya İdman Kompleksinin qarşısında qarşılanmış və kompleksin ətrafında yaşıl ağac kolları əkmişlər. Bununla da rayonumuzun 40 nəfər şagirdinin iştirak etdiyi «Ölkəmizi tanıyaq» tur-aksiyası uğurla başa çatıb.