12.05.2016

Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib

İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə 04 may 2016-cı il tarixdə məktəbin VIC sinfinin rəhbəri ,azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Kərimovanın təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə S.Vurğunun yaradıcılığının bütün sahələri əhatə olundu.Şairin şeirləri səsləndi,əsərlərindən səhnələşdirilmiş parçalar göstərildi.Tədbir boyu şairin həyat yolunu əks etdirən videoçarx nümayiş olundu.Şeirlər səslənərkən həmin şeirlərə bəstələnmiş mahnılar Azərbaycanın korifey sənətkarları Xan Şuşunski, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Zeynəb Xanlarova və başqalarının ifasında səsləndirilib.

Şagirdlər “Vaqif” dramından, ”Komsomol” poemasından, “Anamın öyüdü” şeirindən səhnələşdirilmiş parçalar nümayiş etdiriblər.