12.05.2016

“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə rayon məktəblərarası çempionatı keçirilib.

11 may 2016-cı il tarixdə İmişli şəhər  Uşaq-Gənclər İdman Məktəbində “Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə rayon məktəblərarası çempionatı keçirilib.

Yarışda 9 məktəbin komandası iştirak etmişdir. Qaydalara uyğun olaraq komandalar 3 mərhələdə 36 suala cavab veriblər.

İmişli şəhər 4 saylı tam orta məktəbin komandası daha çox bal toplayaraq I yeri tutmuşdur. Şəhər 5 saylı və şəhər 1 saylı məktəb-liseylərin komandaları müvafiq olaraq II və III yerləri tutublar.

Hazırda İmişli rayon komandası 14 may 2016-cı il tarixdə keçiriləcək regional məktəb çempionatına ciddi hazırlaşırlar.