27.09.2017

İbtidai sinif müəllimlərinin iştirakı ilə metodik seminar keçirilib

İmişli RTŞ-də 2017-2018-ci tədris ilində rayonun ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimlərinin iştirakı ilə metodik seminar keçirilib.

Seminarda məktəbəhazırlıq qruplarına sənəd qəbulunun yekunlaşdırılması, təlim materiallarının planlaşdırılmasının mahiyyəti və kurikulum əsasında hazırlanmış əyani vəsaitlər toplusundan istifadə qaydaları izah edilib, müvafiq metodik tövsiyələr verilib. Müəllimlərə tədris (məşğələ) planına aid qeydlər və təxmini planlaşdırma nümunələri paylanılıb.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində rayon üzrə 51 ümumi təhsil məktəbində 70 məktəbəhazırlıq qrupunun (68 Azərbaycan bölməsi, 2 rus bölməsi) fəaliyyətə başlayacağı nəzərdə tutulub.

Məktəbəhazırlıq qruplarınında işləyəcək müəllimlər TİPİİ tərəfindən təlimlərə cəlb edilib və Sabirabad şəhərində yekun qiymətləndirmədən keçərək müvafiq sertifikatlar alıblar.

Seminarda müəllimləri maraqlandıran məsələlər aydınlaşdırılıb və çoxsaylı  suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,