02.10.2017

Qaravəlli kənd tam orta məktəbində növbəti iclas keçirilib

Qaravəlli kənd tam orta məktəbində növbəti iclas keçirilib. İclasda məktəbin ötən tədris ilində qazandığ uğular və yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin, qeyd  edilib ki, bu il məktəbin məzunlarından iki nəfər şagird: Mail Babaşovun (670 bal) və Zamiq Əhmədlinin (666 bal) qazandıqları uğur növbəti tədris illərində məktəbin müəllim və şagirdlər üçün stimul rolunu oynayacaq.

Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi və eləcə də, təhsildə bir sıra yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.