03.10.2017

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

Oktyabrın 2-də rayonun ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. Cari tədris ilində rayonun 51 ümumi təhsil məktəbində 68-i Azərbaycan, 2-i rus bölməsi olmaqla 70 məktəbəhazırlıq qrupu təşkil olunub.  Bu qruplarda 1224 nəfər uşaq bu gün məktəblərə ilk addımlarını atıblar.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayır və mayın 31-də başa çatır. Məşğələlər həftədə 4 gün keçirilir və gün ərzində 3 məşgələ tədris olunur.51

Məktəbəhazırlıq qrularında dərs ili iki yarımilə bölünür:

-I yarımil: 2 oktyabr - 26 yanvar;

-II yarımil: 1 fevral – 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyənləşdirilib:

-5 gün payız tətili (16 – 20 yanvar);

-5 gün qış tətili (27 – 31 yanvar);

-5 gün əlavə tətil (1 – 5 may).

Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması xüsusi təlimlər keçib və sertifikatlaşdırma imtahanında iştirak etmiş müəllimlərə həvalə olunub.


Açar sözlər: ,  ,  ,