04.10.2017

Ölcələr kənd tam orta məktəbində valideynləri ilə görüş keçirilib

Oktyabrın 3-də Ölcələr kənd tam orta məktəbində X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Ramil Möhbalıyev çıxış edərək ötən tədris ilində buraxılış imtahanların nəticələri haqqında danışıb. Bildirib ki, buraxılış imtahanının nəticələri son üç ilə nisbətən daha yüksək olub. Sevindirici haldır ki, iki nəfər məzunumuz da ali məktəbə qəbul olub.

Direktor çıxışına davam edərək bildirib ki, cari tədris ili “Təhsildə keyfiyyət ili” elan olunub. Fəaliyyətimizi müasir tələblər səviyyəsində qurmaqla tədris prosesində daha yüksək nəticələrə nail ola bilərik. Bu işdə siz valideynlərin də rolu böyükdür. Belə ki, şagirdlərin dərsə davimiyyəti və dərslərə hazırlıqları siz valideynlərdən böyük ölçüdə asılıdır.

Valideyinlərdən Şəmil Rüstəmov çıxış edərək məktəb-valideyn-məktəb əlaqəsindən danışıb və son illərdə məktəbin yüksəlişdə olduğunu xüsusi vurğulayıb. O, valideyinlərin məktəblə sıx əlaqə saxlamalarının cari tədris ilində də daha yüksək  səviyyədə davam etdiriləcəyini qeyd edib.