04.10.2017

Xuraman Əhmədova “Əməkdar müəllim” fəxri adına layiq görülüb

Oktyabr 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ölcələr kənd tam orta məktəbin müəllimi Xuraman Əhmədova “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Xuraman Əhmədova 1966-cı ildə Ölcəllər kəndində anadan olub. O, Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini 1985-ci ildə bitirib. Pedoqoji fəaliyyətə 1985-ci ildə Qaralar kənd tam orta  məktəbində başalayıb və hazırda Ölcələr kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışır.

Xuraman müəllim 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. O, fəaliiyəti dövründə rayon üzrə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı sinif rəhbəri” və “İlin ən yaxşı metodbirləşmə  rəhbəri” müsabiqələrinin qalibi olub. Onun qabaqcıl iş təcrübəsi dəfələrlə rayonun ümumi təhsil məktəbləri arasında yayılıb.

Xuraman müəllimlə görüş zamanı qeyd etdi ki, “Əməkdar müəllim”  fəxri adı alanların siyahısında mənim də adımın olmasına çox sevinirəm. Yüksək mükafata layiq görülməyim Beynəlxaq Müəllimlər Günü ərəfəsində sevincimə sevinc qatıb. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Bu həm də çalışdığım pedaqoji kollektivin əməyinə verilən yüksək qiymətdir. Məktəbimiz isə bu qiymətə layiqdir.