06.10.2017

“Yol hərəkəti qaydalarına riayət  et“ adlı tədbir keçirilib

Şəhər 7 saylı tam orta məktəbdə şagirdlər arasında “Yol hərəkəti qaydalarına riayət  et“ adlı yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı mayor Elsevər Cəfərov, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Məktəbin ibtidai sinif şagirdləri yol hərəkəti qaydaları ilə bağlı müxtəlif səhnəciklər göstəriblər. Daha sonra yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif video-çarxlar nümayiş etdirilib. Polis mayor Elsevər Cəfərov tövsiyə xarakterli çıxış edib. Tədbirdə yol hərəkəti nişanlarının şagirdlər arasında tanıdılması və təbliği məqsədilə yarış keçirilib. Fərqlənən şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı məlumat kitabçaları və digər hədiyyələr təqdim olunub.

Tədbirin sonunda tədris işləri üzə direktor müavini Mehman Mirzəyev çıxış edərək yol hərəkəti qaydalarının təbliğinin cəmiyyətin ən vacib məsələlərindən biri olduğunu iştirakçıların nəzərinə çatdırıb.