10.10.2017

Fənn müəllimlərinin iştirakı ilə seminar keçirilib

Rayon Təhsil şöbəsində texnologiya və təsviri incəsənət fənn müəllimlərinin iştirakı ilə seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd rəsm, əl işi, model və digər sahələr üzrə xüsusi qabiliyyət nümayiş etdirən şagirdlərin diqqətdə saxlanılması, onların məlumat bankının yaradılması və belə şagirdlərin müxtəlif yaradıcılıq müsabiqələrində iştirakının təmin edilməsi olub.

Fənn müəllimlərinə məktəblərdə istedadlı şagirdləri üzə çıxarmaq, onlara stimul vermək və digər şagirdlərdə maraq oyatmaq üçün “Bacarıqlı əllər”, “Modelçi” və “Müəllimlərin əl işi” kimi sərgilərin təşkili və keçirilməsi tapşırılıb.