13.10.2017

“Fövqəladə hallar uşaqların gözü ilə”

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi üçün rayonun ümumi təhsil məktəblərinin 40-dan çox şagirdinin  əl işləri rayon Təhsil şöbəsinə təqdim edilib. 

Model, rəsm və plakat formasında olan 18 əl işi Metodik kabinetdə yaradılmış münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib. Bu əl işləri Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə təhvil verilib.


Açar sözlər: ,  ,