16.10.2017

Metodik işlərin səmərəli təşkili ilə bağlı seminar keçirilib

Rayon Təhsil Şöbəsində yeni dərs ilində metodik işlərin səmərəli təşkili ilə bağlı məktəb rəhbərlərinin iştirakı ilə seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və metodik xidmətin təkmilləşdirilməsi olub.

Metodik kabinetin direktoru Sevdimalı Hüseynov istedadlı şagirdlərlə aparılan işlər, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və qabaqcıl təcrübənin təbliğinə diqqətin artırılmasının vacibliyini qeyd edib.

Seminar iştirakçılarına fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq, “Xüsusi istedada mailk şagirdlərin məlumat bankı”, “açıq dərs”lərin qrafiki, fənn metodbirləşmələri haqqında məlumat formalarının yeni nümunələri paylanıb.