23.10.2017

“Təhsildə keyfiyyət ili” ilə bağlı tədbir keçirilib

İmişli Rayon Təhsil Şöbəsində “Təhsildə keyfiyyət ili” çərçivəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin müdiri, əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Tədbirdə RTŞ-nin müdiri Ramiz Əmirov və müdir müavini Vahid Tağıyev cari tədris ili çərçivəsində fəaliyyət planına uyğun olaraq keçən müddətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Şöbənin aparıcı məsləhətçisi Şükür Rəhimov cari tədris ili üçün görülən işlərə aid müvafiq hesabatların hazırlanması haqqında məlumat verib.

Müzakirənin gedişində ortaya çıxan suallar və qarşıdakı dövrdə həlli zəruri olan məsələlərə aydınlıq gətirilib.