26.10.2017

Yazıçı-dramaturq H.Cavidin yubileyi keçirilib

Görkəmli Azərbaycan yazıçı-dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı rayonun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Çaxırlı kənd F.Quliyev adına tam orta məktəbdə keçirilib.

Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər. Məktəbin dil-ədəbiyyat müəllimi Vüsal Məmmədov H.Cavidin əsərlərinin tərbiyəvi əhəmiyyətindən danışaraq, onların müasir dövr üçün aktuallığını, həmişə zamanla səsləşməsini vurğulayıb.

Müəllim Qədir Aslanov isə yazıçı-dramaturqun yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğundan, romantizm ədəbi cərəyanının inkişafına təsirindən danışıb.

Şagirdlər yazıçı-dramaturqun “İblis” əsərindən parçalar səsləndiriblər.


Açar sözlər: ,  ,