01.11.2017

Məktəblilər Tarix-Diyarşünaslıq Muzeyində olublar

Şəhər 5 saylı məktəb-liseyin 5 B sinif şagirdləri tarix müəllimi Natəvan Aslanovanın təşkilatçılığı ilə rayonun Tarix-Diyarşünaslıq muzeyində olublar.

Şagirdlərin muzeyə aparılmasında məqsəd tariximizin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət nümunələri ilə tanış etmək olub.

Muzeydə Kür-Araz mədəniyyətindən başlayaraq XX əsrin birinci yarısına qədərki dövrü özündə əks etdirən maddi-mədəniyyət nümunələri toplanıb.

Muzeyin əməkdaşı Lətifə İmanova bildirib ki, bu eksponatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir.

Muzeydə toplanmış eksponatlarla tanışlıq şagirdlərdə rayonun təbiəti və tarixi haqqında dolğun təəssürat yaradıb.