02.11.2017

Rayon Təhsil Şöbəsində növbəti Şura İclası keçirilib

           Rayon Təhsil Şöbəsində keçirilən növbəti Şura İclası “Ümumi təhsildə keyfiyyət ili”nə həsr edilib.

RTŞ-nin aparıcı məsləhətçisi Arif Məmmədov “Ümumi təhsildə keyfiyyət ili”nin elan edilməsi barədə Təhsil Nazirliyinin 28.08.2017-ci il tarixli 251 nömrəli əmrinin icrası ilə əlaqədar sentyabr-oktyabr ayları ərzində görülmüş işlər barədə məruzə edib.

Məruzədə cari tədris ilinin “keyfiyyət ili” elan edilməsi ilə bağlı qarşıda duran  vəzifələri daha dəqiq müəyyənləşdirmək üçün 2016-2017-ci tədris ilinin nəticələri ətraflı şəkildə təhlil edilib.

Müzakirə olunan məsələ ilə əlaqədar RTŞ-nin müdiri Ramiz Əmirov fikir bildirərək, ümumi təhsildə mövcud keyfiyyət səviyyəsinin davamlı olaraq artırılmasının vacibliyindən, təhsil işçilərinin üzərinə çox böyük məsul vəzifə düşdüyündən danışıb. O, cari tədris ilində nəzərdə tutulan hədəflərin yerinə yetirilməsi üçün şöbədə yaradılmış təşkilat komitəsi tərəfindən hazırlanmış tədbirlər planına uyğun işlərin daha da gücləndirilməsi zəruriliyini bildirib.

İmişli RTŞ-nin müdirinin müavini Vahid Tağıyev, ATİAHİ-nin İmişli rayon Komitəsinin sədri Əlimirzə Şirinov və başqaları çıxış edərək görülən işlərə münasibət bildiriblər.

Müzakirə edilən məsələ ilə əlaqədar Şura İclası qərar qəbul edib.