04.12.2017

Maarifləndirmə tədbirləri keçirilir

Rayonun ümumi təhsil məktəblərində  “Narkomaniyaya qarşi mübarizə, narkomaniyaya yox deyək!”, “Erkən nigah olmaz” və “İnsan alverinin qurbanları”  devizi altında maarifləndirmə tədbirləri keçirilir.

Tədbirlərdə İmişli rayon Polis Şöbəsinin və RTŞ-nin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə narkomaniya və onun fəsadları haqqında şagirdlərə geniş məlumat verilib. Onlara sağlam həyat tərzinin aşılanmasında, zərərli vərdişlərə, narkotikaya qarşı meylin qarşısının alınmasında ümumi təhsil məktəblərinin pedaqoji kollektivləri və xüsusilə də, psixoloqları qarşısında duran mühüm və məsul vəzifələrdən söhbət açılıb.

Erkən nigahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan amil olduğu bildirilib və buna qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığı vurğulanıb. Bu istiqamətdə daha ciddi addımların atılması üçün valideyn və gənclərin üzərinə böyük məsuliyyətin düşdüyü də qeyd edilib.