07.12.2017

İİV/QİÇS, talassemiya və şəkərli diabet mövzularında tədbirlər keçirilib

Rayonun ümumi təhsil məktəblərində İİV/QİÇS, talassemiya və şəkərli diabet mövzularında silsilə tədbirlər keçirilib.

Tədbirlərdə şagirdlər, müəllimlər və həkimlər iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd İİV/QİÇS barədə biliklərin artırılması, talassemiya xəstəliiyi haqqında, sağlam və təhlükəsiz həyat tərzinin təbliği və bu barədə şagirdləri maarifləndirməkdir.

Tədbirlərdə həkimlərin çıxışları və slaydların nümayişi şagirdlər tərəfindən maraqla qarşılanıb.

Çıxışlarda İİV/QİÇS virusuna yoluxma yolları və bu təhlükəli xəstəliklə mübarizə barədə ətraflı məlumatlar verilib, talassemiya xəstəliyinin qanda olan irsi xəstəlikləri (anemiya, leykoz, hemofiliya, talassemiya) nəsildən-nəslə ötürülən xəstəliklərə aid olduğu, şəkərli diabetin bütün dünyada geniş yayıldığı bildirilib, diabetin insan orqanizminə vurduğu zərərlər barədə danışılıb.