25.01.2018

İdmanın cüdo növü üzrə V ənənəvi açıq xatirə turniri keçirilib

Şirvan şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr idmançılar arasında idmanın cüdo növü üzrə V ənənəvi açıq xatirə turniri keçirilib.

Turnirin təntənəli açılış mərasimində dövlət himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Olimpiya İdman Kompleksində keçirilən turnirdə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Qobustan, Sabirabad, İmişli, Salyan, Lənkəran, Yevlax və Oğuz rayonları komandalarının 2004-2006, 2007-2009-cu il təvəllüdlü yeniyetmə  idmançıları iştirak ediblər.

Turnirdə rayonumuzu təmsil edən Ağaməmmədli kənd tam orta məktəbin şagirdləri uğurla iştirak ediblər. Məktəbin VI sinif sagirdi Tural Şükürov birinci, V sinif sagirdi Şamil Şükürlü və VIII sinif sagirdi Əlixan Sükürov ikinci, VI  sinif sagirdi Amil Sükürov isə üçüncü yeri tutaraq qaliblər sırasında olublar.

Qaliblər turnir təşkilatçılarının diplom və medalları ilə təltif olunublar.


Açar sözlər: ,  ,  ,