26.01.2018

Fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi 4 fevral tarixində keçiriləcək

4 fevral tarixində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.

Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçiriləcək.

Fənn  olimpiadalarının  keçirilməsində məqsəd  şagirdlərdə  keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər  üzrə  istedadı  və  yaradıcı  təfəkkürü  ilə  fərqlənənləri  aşkar  etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Olimpiadanın İmişli rayon mərhələsi 5 saylı məktəb-liseydə keçiriləcək.


Açar sözlər: ,  ,