26.01.2018

Cəfərli kənd 2 saylı tam orta məktəbdə "açıq dərs" keçirilib

Cəfərli kənd 2 saylı tam orta məktəbin gənc coğrafiya müəllimi Cəmalə Quliyevanın 7-ci sinifdə “Azərbaycan Respublikasının iqlimi ” mövzusunda “açıq dərs”i keçirilib. Dərsdə məktəb rəhbərliyi və Cəfərli kənd 1 saylı məktəbin fənn müəllimi iştirak ediblər.

Dərsdə bir neçə fəal təlim üsulundan bacarıqla istifadə edilib. Dərs prosesində şagirdlərin bilikləri müstəqil mənimsəməsi, onların əməkdaşlıq şəraitində fəaliyyəti xüsusilə diqqətəlayiq olub. Dərsin təqdimat mərhələsində müəllimin qrup şəklində iş üsulundan (adı mövzuya uyğun seçilən üç qrup: Qafqaz, Talış, Kəpəz) səmərəli istifadə olunub. Dərsdə əyani vəsaitlərdən geniş istifadə olunub.  

Fənlərarası əlaqədən bacarıqla istifadə olunan dərsdə riyaziyyat, tarix, və fizika fənlərinə inteqrasiya uğurlu alınıb. Dərsdə şagirdlərin fəallığı, informasiya mübadiləsi və müzakirəsi nəticəyönümlü olub.

Sonda müəllimin qiymətləndirməni meyarlar və özünüdəyərləndirmə əsasında aparması, dərsin şəffaflıq, ədalətlilik və əməkdaşlıq prinsipinə əsaslandığını göstərib.

Dərs dinləyicilər tərəfindən geniş təhlil olunub və qənaətbəxş hesab edilərək nümunəvi bir dərs kimi qeyd edilib.