01.02.2018

Şura iclası keçirilib

İmişli Rayon Təhsil Şöbəsində növbəti Şura iclası keçirilib.

Tədbirdə RTŞ-nin müdir müavini Vahid Tağıyev, Metodik Kabinetin əməkdaşları, RTŞ-nin məsləhətçiləri və rayonun ümumi təhsil məktəblərinin rəhbərləri iştirak edib.

Şura iclasında “Rayonun Məzrəli, Çahar və Sarxanlı kənd 2 saylı tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənlərinin tədrisi”, “Rayonun məktəbdənkənar təhsil müəssisələrində işin təşkili və əmək intizamının vəziyyəti” və 8 saylı tam orta məktəbin kimya müəllimi Firuzə Bayramovanın “Kimya dərslərində yeni təlim texnologiyalarından istifadə edilməsi haqqında qabaqcıl iş təcrübəsi” ilə bağlı məsələlər müzakirə edilib.

Şura iclasında müzakirə edilmiş məsələlərlə əlaqədar konkret qərarlar qəbul edilib. Eyni zamanda cari məsələlərlə bağlı məktəb rəhbərlərinə əlavə tövsiyə və tapşırıqlar verilib.