05.02.2018

Fənn olimpiadalarının rayon turu keçirilib

Fevralın 4-də N.Şirinov adına şəhər 5 saylı məktəb-liseydə Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib.

Respublika fənn olimpiadası yeddi fənn - riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. 

Məktəblilərin fənn olimpiadalarının rayon  mərhələsində  390 nəfər şagird iştirak edib.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdir.

Fənn olimpiadasının iştirakçıları rayon mərhələsinin nəticələrini www.olimpiada.edu.az saytından və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənə bilərlər.