07.02.2018

Şahmat üzrə rayon birinciliyi başa çatıb

İmişli şəhər Uşaq Gənclər İdman - Şahmat məktəbində İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş məktəblilər arasında idmanın şahmat növü üzrə rayon birinciliyi başa çatıb.

Rayon birinciliyində ümumi təhsil məktəblərindən 62 nəfər şagird iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışda Elnar Abbasov 1-ci, Elgiz Əhmədli 2-ci, Pərviz Əhmədli isə 3-cü yeri (şəhər 7 saylı tam orta məktəb) tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,