12.02.2018

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimi keçirilib

2017-2018-ci dərs ilində İmişli rayonunun ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs aparan ibtidai sinif müəllimləri üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda 18 (on səkkiz) saatlıq təlimsonrası ixtisasartırma təlimləri keçirilir.

Təlimlərin keçirilməsində başlıca məqsəd ibtidai sinif müəllimlərinə peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir.

Təlimin birinci qrup işində 12 nəfər ibtidai sinif müəllimi iştirak edib. Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə təhsil mərkəzi (İTE) tərəfindən həyata keçirilib.

Təlimdən sonra ibtidai sinif müəllimləri ilə məktəblərdə fərdi görüşlər keçiriləcək və onların dərsləri dinləniləcək.