12.02.2018

Fənn olimpiadalarının rayon mərhələsinin nəticələri məlum olub

Fevralın 4-də keçirilən Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri məlum olub.

Respublika fənn olimpiadalarının rayon mərhələsində İmişli rayonu üzrə iştirak etmiş 390 nəfər şagirdən Coğrafiya fənni üzrə - 25, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə - 7, Riyaziyyat fənni üzrə - 7, Tarix fənni üzrə - 6, Biologiya fənni üzrə - 4, Fizika fənni üzrə - 3 və Kimya fənni üzrə - 2 nəfər olmaqla ümumilikdə 54 nəfər şagird yarımfinal turuna vəsiqə qazanıb.

Respublika Fənn Olimpiadaları Rayon mərhələsinin nəticələri.