13.02.2018

Seminar keçirilib

İmişi şəhər 5 saylı məktəb-liseydə rayonun ümumi təhsil məktəblərində çalışan bir qrup Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat müəllimlərinin iştirakı ilə seminar keçirilib. 

Seminarda İmişli RTŞ-nin müdiri Ramiz Əmirov, Metodik Kabinetin direktoru Sevdimalı Hüseynov və Bəcirəvan kənd tam orta məktəbin müəllimi Mərdan Əlizadə iştirak edib.

Seminarın keçirilməsində məqsəd 9-cu sinif şagirdləri arasında keçiriləcək buraxılış imtahanının birinci mərhələsinə hərtərəfli hazırlıq olub.

Seminarın aparıcısı Mərdan Əlizadə 22 noyabr 2017-ci il tarixdə 9-cu sinif şagirdləri arasında buraxılış imtahanın birinci mərhələsinə hazırlıq məqsədi ilə keçirilimiş sınaq imtahanın nəticələri barədə məlumat verib. Dövlət İmtahan Mərkəzinin  9-cu sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində tətbiq edəcəyi qiymətləndirmə üsul və vasitələri barəsində məlumat verib. Buraxılış imtahanın birinci mərhələsində şagirdlərə təklif olunan açıq tipli suallardan, şagirdlərin yazacağı inşalara (esselərə) verilən tələblər və onların qiymətləndirmə meyarlarından danışıb.

Sonda müəllimlərin çoxsaylı sualları cavablandırılıb.