09.03.2018

“Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib

İmişli şəhər 2 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

“Şahin” hərbi-idman oyununu keçirilməsində əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etmək və onları ordu sıralarında hərbi xidmətə hazırlamaqdır.

Hərbi idman oyununda rayonun ümumi təhsil müəssisələrinin komandaları yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdə yarışıblar.

Yekun nəticələrə əsasən, Bəcirəvan kənd tam orta məktəbin komandası birinci, şəhər 6 saylı tam orta məktəbin komandası ikinci və 5 saylı məktəb-liseyin komandası isə üçüncü yerləri tutublar.

Yarışın qalibi olan Bəcirəvan kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,