12.03.2018

Pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb

“Təhsildə keyfiyyət ili” çərçivəsində İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Rayonun 34 ümumi təhsil müəssisələrindən daxil olmuş 114 mühazirə Təşkilat Komitəsinin tərkibində yaradılmış  4 bölmədə dinlənilib. Dinləmənin nəticəsi olaraq Təşkilat Komitəsi tərəfindən mövzunun aktuallığı, müstəqil təcrübəyə əsasən hazırlanmsı, innovativ  xarakterinə  və orijinallığı baxımından 2 pedaqoji mühazirə ölkə üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib.