14.03.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

İmişli Rayon Təhsil Şöbəsində şagirdlər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsinin məqsədi müasir müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirməkdir.

IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən təqdimatın rayon mərhələsində qalib gələn iki nəfər şagird müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsabiqənin ölkə mərhələsi aprel ayında keçiriləcək.


Açar sözlər: ,  ,