16.03.2018

“Mənim Azərbaycanım” mövzusunda bilik yarış keçirilib

Martın 15-də İmişli, Cəbrayıl və Biləsuvar rayonunun şagirdlərindən ibarət intelektual komandalar arasında “Mənim Azərbaycanım” mövzusunda bilik yarış keçirilib. Yarışın keçirilməsi Cəbrayıl rayonu Mehdili kənd tam orta məktəbində baş tutub.

Yarışın keçirilməsi “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmişli, Biləsuvar və Cəbrayıl Rayon Təhsil Şöbələrinin pedaqoji əməkdaşlıq sahəsində Tədbirlər Planına uyğun olaraq keçirilib.

Bir-birindən maraqlı 24 sualdan 22 sualı düzgün cavablandıran İmişli rayonun komandası yarışın qalibi olub. Yarışı məktəbin müəllimləri maraqla izləyiblər. Qalib komanda fəxri fərman və kubokla mükafatlandırılıb.

Şagirdlərə hədiyyələri təqdim edən Cəbrayıl Rayon Təhsil Şöbəsi Metodik Kabinetin direktoru Əbülfəz Əhmədov qeyd edib ki, belə yarış və oyunlar şagirdlərin vətənpərvərlik, dövlətçilik və Vətənə sədaqət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. O, gələcəkdə belə yarış və müsabiqələrin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.


Açar sözlər: ,  ,