19.03.2018

“Riyaziyyat gecəsi” keçirilib

Rəsullu kənd tam orta məktəbində Novruz bayramına həsr olunmuş “Riyaziyyat gecəsi” keçirilib. Gecədə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Dövlət Himni səsləndikdən sonra çıxış edən məktəbin direktoru Əlibarat Ataşov milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən, Novruz bayramının bəşəriyyətin ən qədim bayramlarından biri olduğundan və yeni gün, yeni həyat mənasını daşıyan Novruzda həyatın canlandığından, gecə ilə gündüzün bərabərləşməsindən danışıb.

Tədbirin bədii hissəsində riyaziyyatla incəsənətin vəhdətindən yaranmış maraqlı səhnəciklər, rəqslər nümayiş etdirilib. Rəqəmlər və həndəsi fiqurların “dili”ndən deyilən şeirlər şagirdlərin daha çox marağına səbəb olub.

Gecə “Bermud” və “Pifaqor” komandaları arasında keçirilən maraqlı viktorina ilə davam edib. Qaliblər məktəb rəhbərliyinin diplomları ilə təltif olunub.


Açar sözlər: ,  ,