20.03.2018

“Novruz bərəkətdir” adlı silsilə tədbirlər keçirilib

İmişli rayonun ümumi təhsil məktəblərində “Novruz bərəkətdir” adlı silsilə Novruz şənlikləri keçirilib.  Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Şənliklərdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən söz açılıb, bu bayramın xalqımızın ən böyük milli bayramı olduğu vurğulanıb. Çıxış edənlər təbiətin oyanışının rəmzi olan bu bayramın özü ilə bərabər ruzi-bərəkət, yüksək əhval-ruhiyyə, həyata qaynarlılıq gətirdiyini qeyd ediblər.

Tədbirlərdə milli geyimli şagirdlərin ifasında rəqslərlə bərabər müxtəlif səhnəciklər və oyunlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,