19.03.2018

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Martın 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyində keçirilmiş müşavirə ilə bağlı İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Təhsil Nazirliyinin 17 dekabr 2013-cü il tarixli “Xüsusi hallar barədə məlumatların verilməsi haqqında” əmri ilə bağlı qarşıda duran vəzifələr məktəb rəhbərlərinin diqqətinə bir daha çatdırılıb. Həmin əmrin kserosürəti ümumi təhsil müəssisələrinin rəhbərlərinə paylanılıb.


Açar sözlər: ,  ,