24.03.2018

“N” saylı hərbi hissədə görüş keçirilib

Ölcələr kənd tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri Novruz bayramı ilə əlaqədar “N” saylı hərbi hissədə görüş keçirib. 

Görüşün keçirilməsində məqsəd Azərbaycan əsgərində yüksək əhval-ruhiyyə yaratmaq və onların asudə vaxtlarını səmərəli şəkildə keçirməkdən ibarət olub.

Görüşdə  əməkdar müəllim Xuraman Əhmədova və məktəbin direktoru Ramin Möhbalıyev əsgərlər qarşısında çıxış edərək, müstəqil Azərbaycan Respublikasına xidmət etməyin şərəfli olduğunu vurğulayıb və onlara vətənə xidmətdə uğurlar arzulayıblar.

Hərbi hissənin komandiri müəllim və şagirdləri salamlayaraq onlara təşəkkürünü bildirib və ölkədə gedən ordu quruculuğundan, bu sahədə əldə edilən nailiyyətlərdən danışıb. O, məktəbin pedaqoji kollektivi tərəfindən hərbi hissəyə hədiyyə gətirilmiş Novruz sovqatına görə minnətdarlığını bildirib, vətən və xalq qarşısında əsgərlərimizin üzərinə düşən vəzifələrin bundan sonra da şərəflə yerinə yetiriləcəyinə söz verib.


Açar sözlər: ,  ,  ,