31.03.2018

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

İmişli rayonunun ümumi təhsil müəssisələrində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ermənilər tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

Çixiş edənlər xalqımızın tarixən yaşadığı faciələrdən danışıb və ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart soyqırımına, həmçinin tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı soyqırım hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyi vurğulanıb.

Çıxış edənlər bildiriblər ki, soyqırımın dərindən öyrənilməsi, anılması və xatırlanması şagirdlərdə vətənpərvərlik hissinin güclənməsinə, azərbaycançılıq ideologiyasının dərindən dərk edilməsinə təsir göstərir.          


Açar sözlər: ,  ,  ,