14.05.2018

FLEX proqramı ilə bağlı görüş keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə Amerika məktəblərində təmamilə ödənişsiz əsaslarla təhsil almaq və orada yaşamaq imkanı verən mübadilə proqramı (FLEX) çərçivəsində rayonun ümumi təhsil məktəblərinin 9,10 və 11-ci sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə şəhər 5 saylı məktəb-liseyin direktoru Validə Zülfüqarova, Metodik Kabinetin direktoru Sevdimali Hüseynov, ingils dili müəllimləri və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının nümayəndələri; Leyla Həmidova - Amerikada Təhsil üzrə məsləhətçi, Lalə Hüseynova - ”Gələcəyin Liderlərinin Mübadiləsi” (FLEX) proqramının koordinatoru və FLEX-in 2014-2015-ci illər üzrə məzunu Aytək Rəhimli iştirk edib.

Bu görüşdə Leyla Həmidova ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi bəzi təqaüd proqramları (Benjamin Franklin, Youth Leadership Program, Education USA Akademiyası) və onların qəbul qaydaları, müraciət tarixləri  haqqında görüş iştirakçılarına geniş məlumat verib. O, öz növbəsində FLEX proqramı, imtahan mərhələlərinin qaydaları, seçim prosesi və müraciət tarixləri barədə ətraflı danışıb. Aytək Rəhimli isə Lalənin məlumatlarına uyğun olaraq, öz təcrübəsini şagirdlərlə bölüşüb.

Sonda isə şagirdlərin bütün sualları cavablandırılıb və proqramlar haqqında verilən məlumatlarla bağlı viktorina keçirilib.

Şagirdlərə bu proqram vasitəsi ilə təhsil alan tələbələrin öz təəssüratlarını paylaşdıqları kitab və maarifləndirici bukletler paylanıb.


Açar sözlər: ,  ,