14.05.2018

Bəcirəvan kənd tam orta məktəbin komandası III yeri tutub

Muğan Regional Mərkəzin əhatə etdiyi rayonların ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində İmişli rayonu Bəcirəvan kənd tam orta məktəbin komandası iştirak edib.

Yarış “kombinə edilmiş yanğın estafeti”, “komandaların təqdimatı”, “maneələr zolağı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Bəciravan kənd tam orta məktəbin komandası III yeri tutub. Yarışda fərqlənmiş komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,  ,