15.05.2018

"Riyaziyyat aləminə səyahət" adlı bilik yarışı keçirilib

Cəfərli kənd 2 saylı tam orta məktəbdə "Riyaziyyat aləminə səyahət" adlı bilik yarışı keçirilib. Məktəbin riyaziyyat müəllimi Xuraman Əliyevanın təşkilatçılığı ilə keçirilən yarışda məktəbin 7, 8 və 9-cu sinif şagirdləri iştirak edib.

Bilik yarışının keçirilməsində əsas məqsəd şagirdlərin riyaziyyat fənninə olan marağın artırılması və gələcəkdə bu fənlə bağlı məktəbdə məqsədyönlü işlərin aparılması olub.

Yarışda şagirdlərə  gündəlik həyatda riyaziyyat mövzusundan ibarət 20 sual və məntiqi testlər verilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 8-ci sinif şagirdləri qalib olub. Qalib komandanın üzvlərinə müxtəlif hədiyyələr təqdim edilib.


Açar sözlər: ,  ,  ,