17.05.2018

Elməddin Həbibli bürünc medala layiq görülüb

İmişli şəhər 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Elməddin Həbibli Respublika fənn olimpiadalarının yekun mərhələsində tarix fənni üzrə III yeri tutub.

O, mayın 15-də  Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib və bürünc medala layiq görülüb.

Respublika fənn olimpiadalarınının keçirilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarətdir.

Xatırladak ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.


Açar sözlər: ,  ,