21.05.2018

“Turan” komandası “Sərhəd” hərbi-idman oyununda 2-ci yeri tutub

Qızılkənd kənd tam orta məktəbin komandası mayın 17-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “I Şahsevən” Sərhəd komendantlığında keçirilən “Sərhəd” hərbi-idman oyununun II turunda iştirak edib.

Hərbi-idman oyununda komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyyəsi”,  “Maskalanma” və “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyyəsi” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Oyunda İmişli rayon Qızılkənd kənd tam orta məktəbin “Turan” komandası 2-ci yeri tutub. Tədbirdə məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri Mehdi Mehtiyev və komandanın üzvləri kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Sonda məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olublar.


Açar sözlər: ,  ,  ,