21.05.2018

Regional intellektual oyununa seçim turu keçirilib

Mayın 26-da keçiriləcək “Azərbaycan Xalq Cumhuriyyəti ili”nə həsr olunmuş regional intellektual oyununa seçim turu keçirilib.  Seçim turunda İmişli rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət 8 komanda iştirak edib.

Şəhər 3 saylı tam orat məktəbin komandası yarışın qalib olub. Qalib komanda regional intellektual oyunda iştirak edəcək.

Oyunun keçirilməsində məqsəd şagirdlərin intellektual və yaradıcı inkişafına təkan vermək, onları intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etmək və asudə vaxtlarının səmərəli təşkilini təmin edilməsidir.


Açar sözlər: ,  ,