22.05.2018

Riyaziyyat və fizika fənni üzrə bilik yarışı keçirilib

Qaralar kənd tam orta məktəbində riyaziyyat və fizika fənni üzrə 9-11  sinif şagirdləri arasında növbəti bilik yarışı keçirilib. Yarış məktəbin riyaziyyat müəllimi Nuray Məmmədova və fizika müəllimi İlahə Əliyevanın təşkilatçılığı ilə keçirilib.

Bilik yarışı şagirdlər arasında əməkdaşlığı inkişaf etdirmək, onların dəqiq elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaq məqsədilə keçirilib.

Yarışda “Kvant”, “Matris”, “Ehtimal”, “Paskal” komandaları iştirak edib. Şagirdlərə ümumilikdə 20 sual təqdim olunub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 18 suala düzgün cavab verməklə “Kvant” komandası qalib olub. Məktəbin direktoru Bikə Məmmədova şagirdləri və müəllimləri yarış münasibətilə təbrik edərək qalib komandanın üzvlərinə fəxri diplom təqdim edib.


Açar sözlər: ,  ,