22.05.2018

2 saylı tam orta məktəbin komandası basketbol yarışında II yeri tutub

Mayın 19-da Şirvan şəhərində şagirdlər arasında basketbol idman növü üzrə keçirilmiş yarışda İmişli şəhər 2 saylı tam orta məktəbin komandası iştirak edib.

Yarışda Şirvan şəhəri, Füzuli, Laçın, Xocavənd, Ağcabədi, Zərdab, Beyləqan, Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının ümumi təhsil məktəblərinin 2000-2003-cü il təvəllüdlü şagirdlərindən ibarət komadalar iştirak ediblər.

İmişli şəhər 2 saylı tam orta məktəbin komandası yarışda uğurla iştirak etmiş və II yeri tutaraq Bakı şəhərində keçiriləcək Respublika birinciliyinə vəsiqə qazanıb.

Yarış uşaq-gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, şagirdlər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, məktəbli idmançılarının yarış təcrübəsinin artırlması məqsədilə keçirilir.


Açar sözlər: ,  ,