28.05.2018

İntellektual oyunun zona mərhələsi keçirilib

Mayın 26-da İmişli rayon Şahmat Məktəbində “Azərbaycan Xalq Cumhuriyyəti ili”nə həsr olunmuş regional intellektual oyun keçirilib.  

Oyunun keçirilməsində məqsəd şagirdlərin intellektual və yaradıcı inkişafına təkan vermək, onları bu fəaliyyətə daha geniş şəkildə cəlb etmək və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

Yarışda İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov çıxış edərək intellektual oyunun keçirilməsinin əhəmiyyətini qeyd edərək şagirdlərin bu oyunlar vasitəsilə həm də yeni biliklər qazandıqlarını bildirib.

Oyunda İmişli, Xocəvənd, Ağdam, Ağcabədi, Laçın və Saatlı rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət  komandalar iştirak edib.

Üç mərhələdə keçirilən yarışda komandalara ümumilikdə 36 sual təqdim olunub.

Oyunda İmişli komandası  23 xalla yarışın qalibi adını qazanıb. Saatlı komandası 22 xalla ikinci, Xocavənd komandası isə 15 xalla üçüncü yeri tutub. 

Qalib komanda kubok, medal və diplomla təltif olunub.


Açar sözlər: ,  ,